Cəmiyyət

Tanınmış restorandan “şortik” geyinən kişilərə qadağa

27 İyul 2021 17:06
Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yerləşən məşhur "Qoşa Qala" restoranı rəsmi instagram hesabında kişi müştərilər üçün müəyyən qadağalarla bağlı post paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşımda qeyd olunub ki, restorana aid xüsusi dres-kod mövcuddur:

"Bu səbəblə restorana şort və dabancıq ayaqqabı ilə (başmaqla) giriş, təəssüf ki, mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir". 

Sosial şəbəkələrdə sözügedən qadağa geniş müzakirə olunaraq tənqid olunub.

Qeyd edək ki, daha əvvəl də şortik geyinən kişilərə qarşı müəyyən məhdudiyyətlər olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.