Cəmiyyət

Baş nazirdən uyğunluq sertifikatı ilə bağlı - Qərar

27 İyul 2021 08:43
0 Şərh     Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydalarını təsdiq edib.

Bu müvafiq sənədi barədə Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, Qərar "Texniki tənzimləmə haqqında" Qanunun tətbiqi barədə" Prezidentin Fərmanında verilmiş tapşırığa uyğun hazırlanıb.

Qayda təsərrüfat subyektləri tərəfindən malın, onunla əlaqəli prosesin və istehsal metodununa uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin əldə edilməsi prosedurlarını tənzimləyir.

Bu proseduralar yüksək, orta və aşağı riskli malların, onunla əlaqəli prosesin və istehsal metodunun istehsalı mərhələsində, həmçinin, mal bazara yerləşdirilməzdən və istismara verilməzdən əvvəl texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiqləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.