Cəmiyyət

Ağstafada motosiklet ağaca çırpılıb, sürücü xəsarət alıb

24 İyul 2021 19:36
0 Şərh     Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Vəliyev Sahib Həmid oğlu idarə etdiyi motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Qəza zamanı motosiklet yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.