Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlər mükafatlandırılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki,
Milli Mətbuatın 146-cı ildönümü ərəfəsində təşkil olunan tədbirdə Milli Məclisin deputatları Jalə Əliyeva, Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media qurumlarının redaktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edənlər Azərbaycan mətbuat tarixinə nəzər salaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzetinin tarixi əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, "Əkinçi" qəzetinin ənənələri bu gün milli ruhlu, vətənpərvər və peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır və zənginləşdirilir. Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsi dövründəki fədakar əməyi "Əkinçi" qəzetinin maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirdi ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində öz peşə fəaliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsinə yönəlmiş dövlət siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.
İcraçı direktor görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı, araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyətinin müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnək olduğunu qeyd etdi. Vurğuladı ki, Həsən Bəy Zərdabi xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında çox böyük rol oynayıb.
Tədbirdə 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərlə yanaşı, ölkənin aparıcı media qurumlarının rəhbərləri, mətbuat xidmətlərinin rəhbərləri də mükafatlandırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Əli Əsədovdan mühüm qərar
XƏBƏR LENTİ
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır





