Şirvanda şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz!" adlı tədbir keçirilib. Əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir "Gənclər Evi"ndə davam edib.
Müdafiə Nazirliyindən bildirilib ki, mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu ehtiramla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir şəhid Nicat Hüseynovun əziz xatirəsinə həsr olunmuş videorolikin mərasim iştirakçılarına təqdim olunması ilə başlayıb. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yazılan şərəfli tarixdən, canı və qanı bahasına vuruşaraq torpaqlarımızı işğaldan azad edən oğullarımızın qorxmazlığından danışıb, onların xatirəsinin heç vaxt unudulmayacağını qeyd ediblər. Bildirilib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər, o cümlədən şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərin təşkili ölkə rəhbərliyinin şəhidlərimizə və onların yaxınlarına olan sonsuz ehtiramının nümunəsidir.
Mərasimdə iştirak edən şəhid Nicat Hüseynovun yaxınları onun qısa lakin şərəfli həyat yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən şəhidin doğmaları vurğulayıb ki, şəhidlərimizin xatirəsini uca tutmaq hər bir azərbaycanlının borcudur və gələcək nəsillər də şəhidlərimizin vətənpərvərlik hissini özünə nümunə bilməlidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
XƏBƏR LENTİ
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)





