Cəmiyyət

Bu işçilərin gecikdirilmiş 90 min manat maaşları ödənildi

16 İyul 2021 10:42
0 Şərh     Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecikdirilmiş 90 min manat ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 90 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan vəsait əmək haqları, işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclərdən ibarət olub.

Yanvar-iyun aylarında 15 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar Əmək Məcəlləsinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.