Cəmiyyət

Dastana dönən Xudayarın doğum günüdür

15 İyul 2021 12:04
6 Şərh     Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən Müharibəsi şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə dastana dönən Xudayar Yusifzadənin bu gün doğum günüdür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il iyulun 22-də Bərdə şəhərində anadan olan kiçik gizir Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd (Hadrut) qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub.

O, Bərdənin Şəhidlər xiyabanında dəfn olunub. Şəhid X.Yusifzadə ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edərək "gizir" hərbi rütbəsi alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.