Cəmiyyət

"Tosuncuk" oğurladığı pulları qaytaracaq? - Məhkəmədə açıqladı - VİDEO

14 İyul 2021 11:39
0 Şərh     Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ferma Bankı (Çiftlik Bankı) ilə əlaqədar aparılan istintaqla bağlı həbs olunan "Tosuncuk" ləqəbli Mehmet Aydın, bu gün ilk dəfə hakim qarşısına çıxıb.

O, 75 260 ilə qədər həbs cəzası ilə ittiham olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məhkəmə tərəfindən ikinci dəfə həbs olunan Aydının açıqlaması üzə çıxıb. O, aldatdığı şəxslərə təzminat ödəyib-ödəməyəcəyi ilə bağlı verilən sualı cavablandırıb:

"Onlara təzminat verməyə pulum yoxdur. Amma Kipr və Türkiyədəki müsadirə edilmiş mülkümlə zərər çəkənlərə kompensasiya verəcəm".

Aydının vəkili Fatih Kuş isə bütün aldadılanların pullarının 3 ay ərzində geri qaytarılacağını bildirib. O, günahkarın məhkəməsinin 14 sentyabra qədər təxirə salınmasını tələb edib:

"Zərərçəkənlərlə bağlanılan müqavilədə, onun xalqın verdiyi pulu 3 ay ərzində geri qaytarmaq öhdəliyi var. O, 200 nəfərin şikayətlərini həll edib, lakin əmlaklarına əl qoyulduğu üçün digər zərərçəkənlərə təzminat verə bilməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.