Ölkə

Vəkillərə yeni hüquqlar verilir

16 Sentyabr 2025 12:30
Baxış: 328
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vəkillərə yeni hüquqlar verilir.

Milli.Az xəbər verir ki, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.