Dünya

İsrail baş nazirinin müşavirinin evində narkotik laboratoriyası aşkarlandı - FOTO

16 Sentyabr 2025 11:44
Baxış: 504
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail baş nazirinin müşavirinin evində narkotik laboratoriyası aşkarlanıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, İsraildə sosial bərabərlik naziri Mey Qolanın ofisində və onun keçmiş müşavirinin evində polis axtarış aparıb.

Məlumata görə, 15 sentyabrda aparılan əməliyyat zamanı nazirin ofisində maliyyə pozuntuları, dövlət vəsaitlərindən sui-istifadə və fırıldaqçılıq şübhəsi ilə bağlı sənədlər götürülüb. Onun keçmiş müşaviri - hazırda vəkil kimi fəaliyyət göstərən şəxs isə həbs edilib.

Axtarışlar zamanı müşavirin evində narkotik laboratoriyası aşkarlanıb. Yerli mediaya görə, həmin şəxsin əri marixuana yetişdirməklə məşğul olub.

Mey Qolan aylardır istintaq altındadır və ötən gün onun şübhəli şəxs qismində dindirilməsi planlaşdırılıb. Nazir isə iddiaları rədd edərək, "mənə qarşı heç bir əsas yoxdur" deyib.

Saxlanılanlardan birinin həm də bir QHT rəhbəri və ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin yaxın dostu olduğu bildirilir. Qeyd edək ki, hələ fevral ayında Qolanın vergi ödəyicilərinin vəsaitlərini şəxsi məqsədlərlə istifadə etdiyi və yaxınlarına nazirlikdən maaş bağlatdığı barədə iddialar ortaya çıxmış, məsələ ilə bağlı istintaq başlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.