Cəmiyyət

100-dən çox ölkədən ABŞ-a it aparmaq qadağan edildi - siyahıda Azərbaycan da var

14 İyul 2021 08:09
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quduzluğun yayılması təhlükəsi səbəbindən ABŞ-a itlərin gətirilməsinə müvəqqəti qadağa qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi Mərkəzlərinin saytında deyilir.

Məlumata görə, qadağa 100-dən çox dövlətə şamil olunub. Bu dövlətlər arasında Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Rusiya, Özbəkistan, Ukrayna da var. Bundan əlavə, siyahıya Asiya, Afrika, Latın Amerikasının onlarla ölkəsi daxildir.

Sənəddə qeyd olunur ki, amerikalı mütəxəssislər hesab edirlər ki, bu ölkələrdə itlərin quduzluğa yoluxma təhlükəsi yüksəkdir.

Qadağa son altı ayda siyahıda yer alan dövlətlərdə olan itlərə də şamil edilir.

Sənəddə qadağanın müddəti dəqiqləşdirilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.