Cəmiyyət

Metroda maşinistlərin maaşı azalıb? - RƏSMİ AÇIQLAMA

13 İyul 2021 16:30
Baxış: 1 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) pandemiya dövründə fəaliyyətini dayandırdığı müddətdə maşinistlərin əməkhaqlarının azaldılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, metropolitenin əməkhaqqı verilməsi prosesində özünəməxsus qaydaları var: "İlk növbədə, məvaciblərin ödənilməsi tarif üzrə həyata keçirilir. Bu prosesdə heç bir azalma olmayıb. Lakin "Bakı Metropoliteni"ndə iş xüsusiyyətlərinə görə maşinistlərə əlavə ödənişlər edilir. Yəni bu, qanunvericiliyə uyğun olaraq maaşa əlavədir. Məsələn, gecə növbəsində, ağır əmək şəraitində çalışanlar və digər işlərdə işləyən şəxslərə maaşlarına əlavə hesablanır. Pandemiya dövründə əgər işçi gecə növbəsinə çıxırsa, pandemiyadan asılı olmayaraq, həmin şəxslərə maaşa əlavələr ödənilib. Pandemiya dövründə metropolitenin fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Ona görə də gecə növbəsində işə çıxmayan maşinistlərə əlavə ödənişlər hesablanmırdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.