Cəmiyyət

Bulvarı tüstü basdı - VİDEO

12 İyul 2021 23:06
0 Şərh     Baxış: 2 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az "ölkə.az"-a istinadən xəbər verir ki, axşam saatlarında Bakı bulvarında tüstüdən göz gözü görməz olub.

Buna səbəb isə bulvardakı restoranlardan biridir. Belə ki, restoranda kabab bişirildiyindən bütün ətrafı kababın tüstüsü və qoxusu basıb.

İnsanların dəniz kənarında, açıq havada istirahət etdiyi bir vaxtda belə tüstü və qoxu ilə qarşılaşması əlbəttə ki, xoşagələn deyil. Belə halların baş verməməsi üçün normalda restoranların mətbəxlərində tüstü bacaları olur və tüstü və qoxu bu bacalarla ətrafa zərər vermədən kənarlaşdırılır. Lakin görünür bu restoranda ya tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avadanlıqlar işləmir, ya da ki, ümumiyyətlə yoxdur. Ümid edirik, aidiyyəti qurumlar məsələ ilə bağlı müvafiq addımlar atacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.