Cəmiyyət

Bakıda bağ evləri bahalaşıb - VİDEO

10 İyul 2021 15:37
0 Şərh     Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiymətində 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz qiymət artımı müşahidə edilib.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə satışda cüzi artım, kirayədə isə qismən azalma var.

Nüsrət İbrahimov əlavə edib ki, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, orta qiymətə olanlar 1.54 faiz, ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti isə 7.15 faiz bahalaşıb.

Ekspert bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.