Cəmiyyət

“Relax” istirahət mərkəzinin işçisinin meyiti tapıldı

9 İyul 2021 21:54
0 Şərh     Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerikdə istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Lerik rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hadisə bu gün saat 18 radələrində Lerik rayonu ərazisində "Relax" istirahət mərkəzində baş verib. Mərkəzdə çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olub. Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.