Cəmiyyət

Qəbul imtahanlarında bu suallar salınmayacaq - Yeni qərar

9 İyul 2021 15:12
Baxış: 2 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, iqtisadi rayonların yeni bölgüsü ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

İqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.