Cəmiyyət

Şəhid Samiq Fərzalıyevin doğum günü idi - VİDEO

9 İyul 2021 12:09
0 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində canını fəda etmiş qəhrəman hərbçilərimizdən biri də Samiq Fərzalıyev olub. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Samiq  Fərzalıyev 1992-ci ilin dünəni Tovuz rayonunun  Güvəndik kəndində dünyaya göz açıb.

O hələ orta məktəb illərindən hərbçi olmaq istəyib. Ali təhsil alaraq başqa ixtisasa yiyələnib, amma yenə də  hərbiçi olmaq fikrindən vaz  keçməyib. Nəhayət hərb peşəsinə yiyələnən Samiq peşəsini mükəmməl mənimsəyib.

Şəhid zabitimiz ailəsini, xüsusilə də anasını hər zaman möhkəm, məğrur görmək istəyib. 

Samiq qardaş və bacısını özünə həm də sirr ortağı seçib. O, sonuncu döyüşündə onlarla da halallaşıb və istəklərini çatdırıb.

Aytac Əliyeva deyir ki, həyat yoldaşının övladı ilə bağlı olan arzusunun reallaşması üçün əlindən gələni edəcək.

Şəhidin ailəsi onun doğum gününü bu gün onsuz qeyd edib. Samiq  Fərzalıyev döyüşlərdə göstərdiyi şücaətə  görə "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.