Cəmiyyət

Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər? - AÇIQLAMA

8 İyul 2021 15:02
1 Şərh     Baxış: 3 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılacağımızı təxmin edə bilirik".

Milli.Az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, qarşıdakı aylarda sərt karantin rejimininin tətbiqi iki nüansdan asılıdır:

"Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.

Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.