Pərakəndə ticarət zamanı ƏDV hansı hallarda ödənməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pərakəndə satışla məşğul olan sahibkar hansı hallarda ƏDV ödəməlidir və ƏDV necə hesablanır?
Dövlət Vergi Xidmətindən Milli.Az-ın sualına cavab olaraq bildirilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə 2 faiz tətbiq etməklə hesablayır. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz tətbiq etməklə vergini hesablamalıdır. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV və gəlir vergisindən azaddır.
Bundan başqa, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan vergiödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarının təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 min manatdan çox olduqda, bu əməliyyat artıq ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı həyata keçirən vergiödəyicisi əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.
ƏDV ödəyicisi olan şəxs malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aldığı və ya almalı olduğu məbləğə 18 faiz dərəcə ilə vergi tətbiq etməlidir. Büdcəyə ödənilməli olan məbləğ isə təqdim edilən mallara (işlərə, xidmətlərə) hesablanan ƏDV məbləği ilə ödəyici tərəfindən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına uyğun əvəzləşdirilən ƏDV məbləği arasındakı fərqdən ibarətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
XƏBƏR LENTİ
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq





