Cəmiyyət

Direktor müavini vəzifəsinə qəbul üçün keçirilən test imtahanının nəticələri bəlli olub

7 İyul 2021 17:39
0 Şərh     Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, BŞTİ tərəfindən keçirilən müsabiqənin test mərhələsinin nəticələri təhlil edilib və keçid balları müəyyənləşdirilərək namizədlərin "Şəxsi kabinet"inə göndərilib.

Keçid balını toplamış 192 namizəd müsabiqənin III (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.

Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.