Cəmiyyət

Məktəb direktorları hesabat verir

7 İyul 2021 15:12
0 Şərh     Baxış: 1 102
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorlarının 5 illik hesabatları dinlənilir və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunur.

Bu barədə Milli.Az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, dinlənilmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edirlər.

Hesabatların keçirilməsində əsas məqsəd 5 il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edilən məsələlərlə bağlı müvafiq tövsiyələr verilir, direktorları maraqlandıran suallar cavablandırılır və qarşılıqlı fikir mübadiləsi aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.