Cəmiyyət

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılır - ƏTRAFLI - VİDEO

6 İyul 2021 12:54
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın bir sıra bölgələrində seysmik stansiyaların quraşdırılması prosesinə başlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.

Tovuzda seysmik stansiyanın tikintisi üçüm ucqar dağ kəndlərindən biri olan Çataq kənd inzibati ərazi dairəsi seçilib.

İsmayıllı rayonunda da  seysmik stansiyaların quraşdırılması prosesi gedir. Seysmik stansiyaların quraşdırılması prosesi rayonunun iki kəndində aparılıb, yeni avadanlıqlar qurlaşdırılıb.

Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Seysmik stansiyaların quraşdırılması  Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi"  layihəsi çərçivəsində həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:           

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.