Cəmiyyət

Vaksinasiyadan sonra yoluxanlar necə müalicə olunmalıdır? - İnfeksionist Yevgeni Timakov izah edir

6 İyul 2021 09:59
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaksinasiya olunan şəxslərdən koronavirusa yoluxanlar da eyni protokola əsasən müalicə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov "RİA Novosti"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ümumiyyətlə peyvənd vurduranlarda infeksiya simptomları fərqlənmir. Bununla yanaşı, virus onlara daha az təsir edir və orqanların və toxumaların məhv edilməsi mərhələsinə çatmır və müalicə üçün proqnoz daha rahatdır.

Bundan əvvəl həkimlər peyvənddən sonra bir neçə gün ərzində spirtli içkilərdən və tütündən çəkinməyi, habelə elektron siqaret çəkməməyin lazım olduğu barədə xəbərdarlıq ediblər. Onlar hesab edirlər ki, bunlar orqanlarda qan laxtalanmasına səbəb ola biləcək əlavə stresdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.