Cəmiyyət

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

5 İyul 2021 19:06
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1 087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.