Cəmiyyət

Polkovnikin "Zəfər ordeni" ailəsinə təqdim edilib - VİDEO

5 İyul 2021 12:24
0 Şərh     Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidlinin ölümündən sonra təltif olunduğu "Zəfər ordeni" onun ailəsinə təqdim edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təqdimat mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ağsaqqallar, dindarlar, şəhid ailələri və rayon ictimayyəti iştirak edib.

Mərasimdə şəhidin döyüş yolundan bəhs edilib və "Zəfər ordeni" şəhid polkovnik Babək Səmidlinin övladları Mətləb və Səmidə təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə bərabər, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına" görə medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.