Cəmiyyət

Aşıqbayramlı su anbarının həcmi artırılır - VİDEO

3 İyul 2021 14:10
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllının 5 kəndini təmin edən anbarın su tutumu 4,5 mln. kubmetr olacaq

Milli.Az Real TV-ə istinadən bildirir ki, meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı Təmir-Tikinti İdarəsi tərəfindən İsmayıllı rayonu ərazisində olan Aşıqbayramlı su anbarının tikinti-bərpa işləri davam edir. Bu anbarın su tutumu 3.5 milyon kubmetrdir. Təmir bərpa işlərindən sonra anbarın su tutumu 4.5 milyon kubmetrə çatdırılacaq. Su həcmi çoxaldıqdan sonra ətrafda yerləşən 5 kəndin su təminatı demək olar ki, tamamilə ödəniləcək. Eyni zamanda anbarın aşağı hissəsində olan 1000 hektara yaxın əkin sahəsinin fasiləsiz su ilə təminatı da həyata keçiriləcək.

Şamaxıda suvarma yaxşılaşdırılır: Su itkisinin qarşısını almaq məqsədilə torpaq kanallar beton üzlüyə alınır.

Bakı Təmir-Tikinti İdarəsi tərəfindən İsmayıllı rayonu ilə yanaşı Şamaxı rayonunda da suvarmanın mütəşəkkil aparılması üçün işlər görülür. Hazırda Şamaxı rayonunda torpaq məcralı kanallar beton üzlüyə alınır. Görülən işlər nəticəsində su itkisinin qarşısı minimuma endiriləcək. 2020-ci ildə Şamaxıda 1500 metr torpaq məcralı kanal beton üzlüyə alınıb, 2 ədəd yol ötürücü tikilib və 9 ədəd hidrotexniki qurğu quraşdırılıb. Ümumi uzunluğu 3200 metr olan kanalın təmamilə beton üzlüyə alınaraq fermerlərin istifadəsinə verilməsi ilin sonuna qədər yekunlaşacaq.

Qeyd edək ki, Göyçay rayonunda yerləşən Yekəxana su anbarı da Aşıqbayramlı su anbarından qidalanır. İşlərin yekunlaşmasından sonra anbar ətrafında abadlıq işləri görüləcək, anbarın mühafizəsi təmin olunacaq. Şamaxı rayonunda beton üzlüyə alınan kanalla isə, rayonun Carhan, Məlikçobanlı və Göylər kəndinin əkin sahələri mütəmadi suvarıla biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.