Cəmiyyət

Qanı ilə tarix yazan qəhrəmanımız İsgəndər Allahverdiyev - VİDEO

3 İyul 2021 12:24
0 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək şəhid olan mərd oğullarımız sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu. 2 -ci Qarabağ müharibəsi qələbə ilə başa çatdı. Qanı ilə tarix yazan bu qəhrəmanlarımızdan biri də İsgəndər Allahverdiyevdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsinin qəhrəmanlarından biri olan İsgəndər Allahverdiyev 1999-cu il fevralın 2-də Qax rayonunun Şotavar kəndində anadan olub. Ötən il Sentyabrın 27-də başlayan ikinci qarabağ müharibəsinə könüllü qatılan igidimiz  gərgin döyüşlərdə böyük şücaət göstərib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib.

Onun döyüş yolu Füzulidən başlayıb Şuşaya qədər davam edib. O noyabrın 8-də düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb.

İsgəndər Allahverdiyev ölümündən sonra, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə"  və "Cəsur Döyüşçü " medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.