Cəmiyyət

Şamaxıda qanunsuz işləyən ət kəsimi məntəqələri aşkarlanıb - FOTO

2 İyul 2021 12:29
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonu ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əhmədov Mehman Əhməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Teyyubov Səbuhi Mülkəsahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Azər Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;

Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Babayev Rəşad Ələmdar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.