Cəmiyyət

“Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir, gecə edərsiniz...” - Lalə Azərtaş - VİDEO

1 İyul 2021 23:41
Baxış: 7 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qiymət artımı bir azca cibinizi də yaracaq. Axı niyə də deməyin. Çünki günahkar və suçlu bəllidir, məlumdur. Bu koronavirusdur".

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri teleaparıcı Lalə Azərtaş Tarif Şurasının təbii qazın tarifləri ilə bağlı qəbul etdiyi qərara münasibət bildiriərkən deyib.

L.Azərtaş bildirib ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrindəki ayrı-ayrı istehlak məhsullarının istehsal həcminin aşağı düşməsi dünya iqtisadiyyatına və təbii ki, beynəlxalq bazarlara öz təsirini göstərib: "Son 1 ildə dünya bazarındakı bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artdı. İndi soruşuram qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.