Cəmiyyət

Günün yoluxma statistikası açıqlandı

1 İyul 2021 16:31
Baxış: 3 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8828, ötən müddət ərzində isə ümumilikdə 3 758 131 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.