Cəmiyyət

Zakir Həsənov məşhur polkovniki yüksək vəzifəyə təyin etdi

30 İyun 2021 13:01
Baxış: 2 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Milli.Az manset.az-a istinadən bildirir ki, nazir general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik Nazif Xəlilov Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi təyin edilib. O bundan əvvəl Naxçıvan MR Hərbi Polisinin rəisi olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl nazir Zakir Həsənovun əmri ilə Naxçıvan MR Əlahiddə Ümumqoşun Ordusunun İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev yaş həddi ilə əlaqədər olaraq təqaüdə göndərilmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.