Cəmiyyət

Zavodun işçiləri altı aydır maaş ala bilmir - VİDEO

30 İyun 2021 11:54
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meliorasiya və Su Təsərüfatı ASC-nin Şirvan şəhərindəki Meliorasiya Mexaniki Təmir Zavodunun işçiləri 6 aydır əmək haqlarını ala bilmirlər. Onlar bu ilin  yanvar ayından hər gün işə gəlsələr də, indiyədək maaşları verilməyib. "XəzərXəbər" problemin səbəblərini araşdırıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Şirvan şəhərində fəaliyyət göstərən Meliorasiya Və Mexaniki Təmir zavodu əsasən meloservis fəaliyyəti göstərir. Burdakı işçilər  uzun illərdir çalışırlar. Onlar bildirir ki, 6 ay bundan əvvələ qədər əmək haqlarını vaxtında alıblar. Lakin son dövrlər, daha dəqiq desək 2021-ci ilin yanvar ayından maaşlarını ala bilmirlər. 

İşçlərin əmək haqları ilə bağlı yaranmış problemlə bağlı zavod rəhbərliyinə də, dəfələrlə müraciət edilib.   

Müəssisədən isə "XəzərXəbər"ə bildirdilər ki, ilin əvvəlindən işlər tender vasitəsi ilə aparılır. Maaşlarda da bu səbəbdən problem yaranıb.

Qurumdan onu da bildirdilər ki, növbəti ayın əvvəllərində maliyyə hesabatı açıldıqdan sonra əmək haqlarının ödənilməsinə başalnılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.