Cəmiyyət

İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib

29 İyun 2021 17:08
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər.

İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməlidir.

Hazırda Azərbaycan Respublikasında "CoronaVac", "Vaxzevria", "Sputnik V" və "Pfizer" vaksinlərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.

"COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə qaydası ilə https://www.youtube.com/watch?v=Il9fX5OM-pE linkindən tanış olmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.