Cəmiyyət

Avtomobillərin sürətini lazer cihazlar ölçəcək: Yayınmaq mümkün olmayacaq - VİDEO

29 İyun 2021 11:54
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobillərin sürətini daha düzgün, dəqiqliyi ilə ölçən lazer cihazların istehsalına başlanır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Türkiyədə yerli və milli sənayedə istehsalına başlanılmış lazer mobil sürət sistemi avqust ayında istifadəyə veriləcək. MESAN Elektronika Sənayə Ticarət AŞ tərəfindən yaradılmış Medar MTS Mobil Sürət Ölçmə Sistemi Türkiyənin ilk lazer əsaslı sürət müəyyənləşdirmə və ölçmə sistemidir. Bu sistemin avtomobil yollarında istifadəsi üçün Beynəlxalq sertifikat alması gərəkirdi. Medar MTS bu sertfikatı almaq üçün TSE 612 şərtlərinə əməl edib. Lazer cihazların avqust və oktyabr aylarında tətbiqinə başlanacağı gözlənilir.

MESAN AŞ baş direktoru Mustafa Ünlü Medar MTS lazer sisteminin 4 zolaqlı magistral yollarda avtomobilləri təqib edərək sürəti müəyyənləşdirə bildiyini qeyd edib və deyib ki, bu cihaza böyük tələbat olacağından əmindir. Lazer sistem avtomobillərin sadəcə sürətini ölçmür, onların modelini, növünü, nömrələrini, seriyalarını da qeydə alır. Əvvəlki dopler texnologiyalı cihazlardan fərqli olaraq lazer sistemlə gecə saatlarında, qaranlıqda da sürəti ölçmək mümkündür.

Qısası, bu cihazın tətbiqi ilə sürücülərin qayda pozuntuları dəqiqliyi ilə müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.