Cəmiyyət

Qaxda itkin düşdü, Bakıdan tapıldı

25 İyun 2021 19:54
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda üç ay əvvəl itkin düşən Abşeron rayon sakini tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, itkin düşmüş hesab edilən Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Babayev Nail Tacik oğlu bu gün Bakı şəhərində tapılıb.

Qeyd edək ki, N. Babayev bu ilin mart ayında Abşeron rayonundan qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb qeri dönməmişdi. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamışdı.

N. Babayeyin itkin düşməsi barədə ötən gün Qax rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.