Cəmiyyət

Azərbaycan tarixində İlk dəfə - Vəkillərin sayı iki mini keçdi

24 İyun 2021 15:37
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər vəkil andı içiblər.

Milli.Az xəbər veri ki, bununla da, son 3 ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatıb.

İclas zamanı yeni vəkillər çıxış edib, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlər ilə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildiriblər. Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory