Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

24 İyun 2021 08:53
0 Şərh     Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qara Qarayev prospekti ilə Mikayıl Mikayılov küçəsinin kəsişməsində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil prospektlə hərəkətdə olan zaman Mikayıl Mikayilov küçəsindən gələn "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı "VAZ 2106"-da olan sərnişin xəsarət alıb.
Faktı Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.