Cəmiyyət

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb

22 İyun 2021 20:18
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb. Müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.