Cəmiyyət

İyunun 21-dən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılacaq

16 İyun 2021 13:00
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 21-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. Müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ilkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda "Microsoft Teams" platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.

Qeyd edək ki, müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

Tezliklə namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.