Qarabağ qazisi: Qalib ölkənin vətəndaşı olmaq əbədi qürurdur - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi qazisi Qədir Daşdəmirov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Milli.Az bildirir ki, Qədir Daşdəmirov Trend-in çəkiliş qrupu ilə söhbətində keçdiyi döyüş yolu, ağır yaralandıqdan sonra həkimlərin səyi nəticəsində həyata qayıtması, möhtəşəm Zəfərin yaşatdığı əvəzsiz fəxr və qürur hissləri, dövlətin göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Qəhrəman qazi bildirib ki, döyüşlər başladığı andan hər bir əsgər və zabit böyük həvəs və qəhrəmanlıqla vuruşub: "Biz tarixi torpaqlarımız uğrunda döyüşürdük və bilirdik ki, yolumuz haqq-ədalət yoludur. Düşmənin səngərləri qoyub qaçdığını görmək bizi daha da həvəslədirirdi, çünki 30 ildir özləri haqqında miflər uydururdular. Azərbaycan Ordusu öz Qələbəsi ilə bu mifi darmadağın etdi".
Q.Daşdəmirov qeyd edib ki, yaralandıqdan sonra təcili əməliyyat olunub və həyatda qalıb. Daha sonra isə "YAŞAT" Fondunun hərtərəfli dəstəyi ilə Türkiyə Respublikasına göndərilib: "Başımda qəlpələr var idi. Gözümdən də əməliyyat olunmalı idim. Bunun üçün Türkiyəyə göndərildim və orada çox uğurlu əməliyyat olundum. Bütün dəstəyə və qayğıya görə dövlətimizə minnətdaram".
Qazimiz onu da bildirib ki, dövlətin sosial qayğısını daim hiss edir. Ona əlilliklə bağlı prezident təqaüdü verilir, yaxın günlərdə hərbçi kimi də pensiya alacaq. Q.Daşdəmirov qalib ölkənin vətəndaşı olmaqdan əvəzsiz fəxr və qürur duyduğunu məmnunluqla vurğulayıb: "Ermənilər 30 il torpaqlarımızı işğalda saxladılar. Təəssüf ki, dünya buna göz yumdu. Sonunda biz öz problemimizi özümüz həll etdik. Azərbaycan dövləti öz gücünü göstərdi. Xalqımızın başı dikdir, qürurumuz göylərə ucalıb. Biz qalib xalqıq və bunu fəxrlə bütün dünyaya bəyan edirik. Bu Qələbəyə görə Müzəffər Ali baş Komandanımıza və Ordumuza borcluyuq".
Videoreportajı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)





