Binəqədidə sudan qanunsuz istifadə halları aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına" uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə "Azərsu" ASC tərəfindən Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.
"Azərsu"dan verilən məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti mövcud deyil. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Belə ki şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurularaq məzillərə vurulur.
Cavadxan küçəsi Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı aşkarlanıb.
Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Burada vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi su xətlər çəkilib. Sayğac quraşdırılmadığından su sərfiyyatı ailə üzvlərinin sayına görə hesablanır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.
Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər. O da məlum olub ki, bu işi təşkil edən bir qrup şəxs magistral xətt üzərində qanunsuz su kollektoru quraşdıraraq buradan qonşulara əlavə çıxışlar verirmiş.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.
Vətəndaşları və sahibkarkları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" ASC üzrə 7682, Binəqədi rayonu üzrə isə 781 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 mln 55 min kubmetr, Binəqədi rayonu üzrə isə 225 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
XƏBƏR LENTİ
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir





