Cəmiyyət

Gürcüstandan maşın alanların nəzərinə - Ağlagəlməz hiylə ilə təmir - VİDEO

4 İyun 2021 20:24
Baxış: 1 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaricdən avtomobil alan və ya sifariş verən vətəndaşlar bəzi hallarda aldadılırlar. Buna səbəb alverçilərin satışa çıxararkən avtomobillərin nöqsanlarını əvvəlcədən bildirməməsi və ya onu peşəkar şəkildə gizlətməsidir.

Milli.Az baku.ws-ə xəbər verir ki, belə halların olmasını sübut edən və avtomobildəki nöqsanların ağlasığmaz hiylə ilə ört-basdır edilməsini əks etdirən görüntülər üzə çıxıb.

Sosial şəbəkədə yayılan və Gürcüstanda çəkildiyi iddia olunan görüntüdə azərbaycanlı ustalardan biri bildirir ki, "Toyota Prius" markalı avtomobil Azərbaycana göndəriləcək. O, avtomobildəki biabırçılığı göstərərək qeyd edir ki, 11-12 min AZN ödəyib avtomobili alacaq şəxs avtomobildəki bu nöqsandan xəbərsiz olacaq.

Qeyd edək ki, görüntüdə avtomobilin deformasiyaya uğrayan və əzilən hissələrinin alçıdan (şpaklovka) istifadə olunaraq düzəldilməsi öz əksini tapıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.