Cəmiyyət

Şəhid övladlarının gözü zirvədə qalır - VİDEO

2 İyun 2021 11:44
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laçında şəhadətə yüksələn Tural Məmişovu anarkən

Milli.Az Real TV-ə istinadən bildirir ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz deyirlər. Düşmən qarşısında inamla dayanıb, vətənimizi, torpaqlarımızı qoruyarkən əbədiyyətə qovuşan igidlərimizdən biri də Məmişov Tural Tələt oğludur. Vətən dedi! Vətən üçün yola çıxdı. Laçın rayonu uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərk Şəhidlik zirvəsiinə ucaldı. Özündən sonraya sevgi dolu xatirələri, iki balası, azad torpaqları və ən ali qazancı olan medalları qaldı.

Həyat yoldaşı Ülkərlə Turalın sevgisi məktəb illərinə dayanır. İnsanın sevdiyinin ölməyi daha ağırdır deyir həyat yoldaşı. Deyir Tural sanki bizi öz ölümünə hazırlayırdı.

Şəidimiizin bizə qalan yadigarlarıı oğlu Ömər və qızı Aişə uşaqlar gününü atasısız keçirir. Onlar bu gün də atasının yolunu gözləyir.

Qarabağ müharibəsində torpaqlarımızın alınmasında böyük şücaət göstərən Turalın qəhrəmanlıqlarından Döyüş yoldaşları ürək dolusu danışırlar.

Şəhidliyi Şərəf yolu hesab edən Tural kimi igidlərimizn sayəsində 44 günlük müharibə ilə dünyaya bir daha sübut etdik ki, biz bir ölən min dirilən xalqıq və bu nəsilin davamçıları hər zaman vətənin keşiyində layiqincə duracaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.