"May ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir".
Milli.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır.
Şöbə müdiri xatırladıb ki, hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyi insanların istifadəsi üçün yararlı deyil.
"Monitorinqlər hər 15 gündən bir davam etdiriləcək. Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər. Digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir. İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq".
Milli.Az