Cəmiyyət

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ - VİDEO

1 İyun 2021 12:42
Baxış: 2 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 2-si axşamdan külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.