Cəmiyyət

FHN xilasediciləri yağış sularının həyətyanı sahələrə axınının qarşısını alıb - VİDEO

1 İyun 2021 14:34
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti və aramsız yağan yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət daxil olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.