Cəmiyyət

Bakıya gələn Formula 1 iştirakçılarının koronavirus testinin nəticəsi məlum oldu

1 İyun 2021 10:44
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün Bakıya gələn bütün komanda üzvləri koronavirus testindən keçirilib.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, test verənlər arasında koronavirus aşkarlanmayıb, hər hansı təhlükəli vəziyyət yoxdur: "Komanda üzvləri Bakıya gəlməzdən 48 saat əvvəl də testdən keçiblər. Onlar 5 gündən sonra yenidən koronavirus testindən keçiriləcək".

Qeyd edilib ki, komandaların əksəriyyəti artıq Bakıdadır və bu gün qalan komandalar da Bakıya gələcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 4-6 iyunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.