Cəmiyyət

Azərbaycanlı ailə Almaniyadan deportasiya edildi

31 May 2021 18:12
Baxış: 1 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Gürcüstan vətəndaşı olan 4 azərbaycanlı Almaniyadan deportasiya edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bir ailənin üzvü olan 4 azərbaycanlı ötən gecə polis və miqrasiya idarəsinin əməkdaşlarının müşayiəti ilə Berlin Şönefeld hava limanına gətiriliblər. Onlar hava limanında sürətli koronavirus testi verdikdən sonra Münhen-Tiflis reysini həyata keçirən Türkiyə Hava Yollarına məxsus təyyarəyə mindiriliblər.

Məlumata görə, ailə 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Lakin onlar Berlin Miqrasiya İdarəsi tərəfindən rədd cavabı alıblar. Ailə daha sonra məhkəməyə müraciət edib. Məhkəmə miqrasiya idarəsinin verdiyi qərarı qüvvədə saxlayıb. 2020-ci ildə ailəyə möhlət hüququ verilsə də, onlar ölkəni tərk etmələri ilə bağlı bir neçə dəfə xəbərdarlıq alıblar.

Məlumat üçün bildirək ki, bu ilin fevral-aprel aylarında aralarında azərbaycanlıların da olduğu 505 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.