Cəmiyyət

Şəhid Kənan Məmmədlinin doğum günü idi - VİDEO

31 May 2021 20:06
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində canından keçən hərbçilərimizdən biri də Qax rayonu, Tasmanlı kənd sakini Kənan Məmmədli olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2002- ci ilin may ayında dünyaya göz açan Kənan orta məktəbi bitirdikdən sonra rayondakı peşə liseyində təhsil almağa başlayıb.

Ötən ilin iyulunda isə təhsilini yarımçıq qoyaraq Tovuz döyüşlərinə qatılıb.

2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsinə yollanan Kənan Məmmədli Tərtərin Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Kənanla yanaşı qardaşı da Vətən müharibəsində düşmənə qan udduran igidlərdən olub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Kənanın bu gün doğum günüdür.

Kənan Məmmədli göstərdiyi şücaətə görə "Vətən Uğrunda" medalı ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.