Cəmiyyət

Metro 8 ay sonra fəaliyyətə başladı - İlk FOTOlar

31 May 2021 08:43
Baxış: 3 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metropoliteni təxminən 8 aydan sonra qapılarını sərnişinlərin üzünə açıb.

Milli.Az xəbər verir ki, bu gündən etibarən Bakı metrosu fəaliyyətini bərpa edib.

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıqdır. Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Aylar sonra yenidən sərnişinlərin istifadəsinə verilən metrodan fotoları təqdim edirik:

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.